Keçmiş əri azərbaycanlı modeli şoka saldı

Keçmiş əri azərbaycanlı modeli şoka saldı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı model Günay Musayevadan olan oğluna aliment vermək üçün pul tapmayan türk aktyor Tolqa Karel əməli ilə keçmiş arvadını şoka salıb.

A24.Az-ın məlumatına görə,  boşandığı həyat yoldaşından olan azyaşlı oğluna “pulum yoxdur” deyərək 500 lirə (təqribən 230 manat) aliment verən Tolqa Karel amerikalı gənc arvadına 600 min lirəlik (təqribən 290 min manat) maşın alıb.

“Porsche 911 Carrera” markalı maşın 2016-cı il istehsalıdır. O, yeni avtomobillərinin fotosunu “İnstagram”da yerləşdirib. Daha sonra Karel BMW markalı bir motoseklet alaraq lüks həyat tərzi ilə diqqətləri üzərinə çəkib. Bundan xəbər tutan azərbaycanlı model alimentin məbləğini artırmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Tolqa Karel G.Musayeva ilə 2011-ci ildə sürpriz şəkildə evlənib. Lakin ötən il onlar rəsmi şəkildə boşanıblar. Cütlüyün Canagir Can adında bir oğlu da var. Onların münasibətlərinin pozulmasına səbəb kimi isə aktyorun xəyanəti göstərilirdi. May ayında aktyor amekikalı tələbə olan Sara Marqaretta ilə ikinci dəfə nikah masasına oturub.Oğluna kifayət qədər diqqət göstərmədiyi iddia edilən aktyor hazırda ABŞ-da Çikaqoda yaşayır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar