Keçmişdə edilən hamiləlik testləri - Sadə üsullar

Keçmişdə edilən hamiləlik testləri – Sadə üsullar
Want create site? Find Free WordPress Themes and plugins.

Bildiyimiz kimi əvvəllər qan analizi, USM və ya hamiləlik kimi testlər yox idi. Bəs o zaman qadınlar hamilə olub olmadıqlarını necə anlayırdılar? Təqdim edəcəyimiz çox sadə və qəribə olan hamiləlik testləri sizi də təəccübləndirəcək.

Paltar yuyan toz…

Bunun üçün 2 yemək qaşığı paltar yuyan toz və plastik qab lazımdır. Qaba qoyduğunuz paltar yuyan tozun üzərinə sidik əlavə edilir. Əgər köpük yaranarsa cavab müsbətdir, yəni hamiləsiniz, köpük yaranmasa o zaman nəticə neqativdir.

Şəkər testi…

Bu test keçmiş zamanlardan qalma ən etibarlı və asan üsullardan biridir. Bunun üçün 1 yemək qaşığı şəkər tozu və yenə plastik qab lazımdır. Sidik plastik qaba toplanır, digər qaba isə 1 yemək qaşığı şəkər tozu əlavə edilir. Sidik şəkər tozu olan qabın içinə tökülür. Bir neçə dəqiqə gözləyin. Şəkər tozu qoyulduğu kimidirsə nəticə müsbətdir. Şəkər azalıb sidiyə qarışırsa, yəni şəkər sidiydə həll olmağa başlayırsa hamilə deyilsiniz deməkdir.

Diş pastası testi…

Bunun üçün adi diş pastası lazımdır. Bir qaba az miqdarda diş pastası sıxın. Qabın içinə sidik tökün. Diş pastası köpüklənsə və ya mavi rəngə çevrilsə, nəticə müsbətdir, hamiləsiniz.

Sidik testi…

Səhər tezdən duran kimi sidiyinizi bir qaba yığın və 24 saat doxunmadan gözləyin. Sidiyin üzərində incə bir təbəqə yaranarsa nəticə müsbətdir. Sidikdə hər hansı dəyişiklik olmasa nəticə neqativ olaraq dəyərləndirilir.

Sabun testi…

Bir parça sabunun üzərinə sidik əlavə edilir. Sabunun üzərində qabarcıqlar yaranırsa, demək hamiləsiniz. Yox əgər qabarcıqlar yaranmırsa nəticə mənfidir.

Qabartma tozu testi…

Mətbəxdə işlətdiyimiz qabartma tozu və sodadan da istifadə etməklə hamiləlik testi edə bilərsiniz. Bunun üçün plastik qabın içərisinə qabartma tozu əlavə edilir. Sonra üzərinə sidik tökülür. Üzərindən bir neçə dəqiqə keçəndən sonra  2 yemək qaşığı soda əlavə edin. Bu qarışımın reaksiyasına görə əgər soda köpüklənərsə cavab müsbətdir, yox əgər köpüklənməsə hamilə deyilsiniz deməkdir.

Sirkə testi…

Ağ sirkə hər şeydə istifadə olunduğu kimi hamiləlik testində də sizə kömək edə edə bilər. Belə ki, yarım stəkan ağ sirkəni bir qaba tökün. Sidiyi də üzərindən əlavə edin. Əgər rəng dəyişərsə nəticə müsbətdir, rəng dəyişməsə nəticə neqativdir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar