Kəklikotu sanıb marixuananı ətə tökdü – 9 nəfər zəhərləndi, 1 nəfər həyatını itirdi

Kəklikotu sanıb marixuananı ətə tökdü – 9 nəfər zəhərləndi, 1 nəfər həyatını itirdi
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulda Üsküdarda ədviyyatın səhv salınması 9 nəfərin zəhərlənməsinə, 1 nəfərin ölümünə səbəb olub.

A24.Az Sabah-a istinadən xəbər verir ki, evin xanımı qohumları üçün qonaqlıq vermək istəyib. Həyətin bağçasında manqal hazırlayıb. Çör-çöp yığarkən bir paketdə bitkini görüb, dağ kəklikotusu sanaraq manqalda bişirəcəyi ətin içinə töküb, basdırma edib. Əslində həmin bitkinin kəklikotu deyil, marixuana olduğu sonradan bəlli olub.

Evin xanımı süfrədə oturanların hallarının pisləşdiyini görüb,  xanımın yeznəsi zəhərlənərək həyatını itirib,  digər 9 nəfər isə xəstəxanaya çatdırılıb.

“Ətdən yeyən hər kəsin qısa bir müddətdən sonra qəribə davranmağa başladığını görən evin sahibi Yel D “Başım fırlanır” deyən yoldaşını hava almağa çıxardıb. Təkrar süfrəyə qayıdanda isə hər kəsin sabit dayanmaqda çətinlik çəkdiyini və mənasız hərəkətlər etdiyini görüb. Yel D. dərhal təcili yardıma zəng edib. Hadisə yerinə gələn təcili yardım zəhərlənənləri xəstəxanaya çatdırıb. 55 yaşlı yeznə Bayram A. Isə  həyatını itirib.

Evin xanımı Aysel K.  Polisə ifadə verərəkən belə deyib: “Hamı bir-bir özündən gedəndən sonra  başa düşdüm ki, paketdən  bankaya dağ kəklikotusu hesab edərək tökdüyüm şey bizi bu hala saldı. Dərhal mətbəxin pəncərəsindən bankanı yerə atdım. Sonra mən də özümü itirdim. Bağçama o paketi kim qoydu bilmirəm”.

Polis evin bağçasına içi marixuana dolu  paketi  buraxan şəxsin tapılması üçün axtarışa başlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar