Kəmaləddin Heydərov bütün nazirləri geridə qoydu - 8 müavini olan nazir

Kəmaləddin Heydərov bütün nazirləri geridə qoydu – 8 müavini olan nazir
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib.

Nazim Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

“A24.az” “Modern.az”a istinadən xəbər verir ki, bu təyinatdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı 8 nəfərə çatıb.

Bununla da K.Heydərov nazirlər arasında ən çox müavini olan məmura çevrildi.

Fövqəladə hallar nazirinin müavinləri bunlardır:

Birinci müavin – general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən);

Müavinlər:

– tibb xidməti general-leytenantı Faiq Tağızadə (3 may 2006-cı ildən);

– general-leytenant Etibar Mirəzyev( avqust 2006-cı ildən);

– general-leytenant Ragim Lətifov (avqust 2006-cı ildən);

– Orucəli Hacıyev (avqust 2006-cı ildən);

– general-mayor Teymur Mehdiyev (5 may 2014-cü ildən);

– Tapdıq Əmiraslanov (5 may 2014-cü ildən).

– general-leytenat Nazim Məmmədov (7 iyul 2018-ci ildən).

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar