A24 Xeber

Kəmaləddin Heydərova yeni səlahiyyətlər verildi

Kəmaləddin Heydərova yeni səlahiyyətlər verildi
1. 159
22 İyun 2017 - 15:00

Prezident İlham Əliyev “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” fərmana dəyişiklik edib.

A24.Az  xəbər verir ki, dəyişikliyə görə, “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 3.3-cü bəndinin dördüncü abzasından “radioaktiv tullantıların,” sözləri çıxarılıb.

Həmin Fərmanla təsdiq edilmiş “Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilib:

“2.2. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00