"Kəndə çıxa bilmirəm, utanıram" - Oğurluq edib kef məclisi quran şəxs - VİDEO 

“Kəndə çıxa bilmirəm, utanıram” – Oğurluq edib kef məclisi quran şəxs – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Göygöl sakini həmkəndlisinin evini qarət edib.

A24.az xəbər verir ki, oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu kef məclislərinə xərcləyib, ancaq bu kefin müddəti o qədər də uzun sürməyib. Göygöl polisi “qəhrəmanın” əhvalına əməllicə soğan doğrayıb.

Göygölün Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. Evdə oğurluq zamanı heç kim olmayıb. Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib.

İttifaq İsmayılov (saxlanılan şəxs): “Çox-çox peşmanam. Onların yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm, xəcalət çəkirəm”.

Günahı tam sübuta yetirilərsə, bu, İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq. Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar