Keyfiyyətsiz xidmət göstərən provayderlər ləğv ediləcək - YENİ MEXANİZM TƏTBİQ EDİLİR - VİDEO

Keyfiyyətsiz xidmət göstərən provayderlər ləğv ediləcək – YENİ MEXANİZM TƏTBİQ EDİLİR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda internet xidməti göstərən operatorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək.

A24.Az xəbər verir ki, məqəsəd həm internetdə təhlükəsizliyi təmin etmək, həm də vətəndaşlara keyfiyyətli xidmət göstərməyən şirkətlərin cərimələnməsidir. Qaydalara əməl etməyən provayderlər hətta ləğv edilə bilər. Bunun üçün “Telekommunikasiya haqqinda” qanuna dəyişikliklər edilir.

Vətəndaşları aldadan, onlara onlara müqviləyə uyqun internet xidməti göstərməyən opertorlar və provayderlərə daha ciddi qaydada nəzarət ediləcək. Qaydalara əməl etməyən və vətəndaşları aldadan şirkətlər sərt şəkildə cəzalandırılacaq.

Qanuna ediləcək dəyişikliyə əsasən, provayderlərdən hər hansı biri ölkə ərazisində yeni qurğu quraşdırdıqda onun barəsində mütləq məlumat verməli, qeydiyyata aldırmalıdır. Eyni zamanda, yeni dəyişikliklər sayəsində internetdən istifadəyə nəzarət də gücləndiriləcək.

Qanuna ediləcək dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən sözügedən qaydaları pozan provayderlərin fəaliyyəti pozuntu aşkar olduğu andan məhkəmə qərarı verilənə günə kimi dayandırıla bilər. Qanuna ediləcək dəyişikliklər martın 7 də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Xəzər Xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar