A24 Xeber

Şahzadə Villiamın xanımı Keyt Middletonun şahzadə Henri və Marklın toyunda geyindiyi paltar müzakirələrə səbəb olub.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Keyt Middleton toy mərasiminə krem rəngli paltarla qatılıb. Lakin Middletonun bu seçimi görənləri təəccübləndirib.

Middletonun geyimi ilə bağlı yaranan müzakirələrin səbəblərindən biri toyda geyindiyi geyimin daha əvvəl 3 dəfə geyinmiş olmasıdır. Kembric  şahzadəsi eyni paltarı müxtəlif aksesuar və saç modelləri ilə dəfələrlə geyinib.

Lakin Middletonun paltarı ilə bağlı ən çox müzakirə olunan detal rəngi olub. Krallığın məşhur dizaynerlərindən Alexanden McQueenin hazırladığı geyim krem rəngində olub. Kral ailələrində mövcud olan geyim qaydalarına görə, toyda krem rəngində paltar geyinmək gəlinə əhəmiyyət verməmək kimi dəyərləndirilir. Keyt Middletonun geyimi də ən çox bu səbəbdən dolayı müzakirələrə səbəb olub.

A24.az

Şahzadə Villiamın xanımı Keyt Middletonun şahzadə Henri və Marklın toyunda geyindiyi paltar müzakirələrə səbəb olub. “A24.az” türk mediasına istinadən xəbər verir ki, Keyt Middleton toy mərasiminə krem rəngli paltarla qatılıb. Lakin Middletonun bu seçimi görənləri təəccübləndirib. Middletonun geyimi ilə bağlı yaranan müzakirələrin səbəblərindən biri toyda geyindiyi geyimin daha əvvəl 3 dəfə geyinmiş olmasıdır. Kembric  şahzadəsi […]

Keyt Middletonun toyda geyindiyi paltar səs-küyə səbəb oldu – FOTOLAR

80