Kılıçdaroğludan növbədənkənar seçki ilə bağlı ilk açıqlama: "Yenə sizi aldatmağa çalışacaqlar"

Kılıçdaroğludan növbədənkənar seçki ilə bağlı ilk açıqlama: “Yenə sizi aldatmağa çalışacaqlar”
Want create site? Find Free WordPress Themes and plugins.
Partiyasının keçirdiyi iclasda çıxış edən CHP sədri sədri Kamal Kılıçdaroğlu “İndi seçki atmosferinə girdik. Bunlar məhəllə məhəllə gəzəcəklər. Yenə sizi aldatmağa çalışacaqlar. Bir sözü əsla unutmayın, cəhənnəmə gedən yollar yaxşı niyyət daşlarıyla döşənmişdir” dedi.
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-li bələdiyyələrinin gördüyü xidmətlərdən danışan Kılıçdaroğlu “Keçən həftə Konya, Hatay və İzmiri ziyarət etdim. Konyada bələdiyyə başçılarımızın görüşündə iştirak etmişəm. Sizə səs verən verməyən hər kəsi qucaqlayacaqsan, ayrı-seçkilik verəyəcəyəm dedim. Vətəndaşdan vergi toplayırsınız, siz də xidmət verirsiniz. Xalqa hesabat vermək, haqqa hesab vermək kimidir”, – deyə əlavə edib.
Konyada 100 ildən çox ildir yerləşən Konya Liseyinin MEB tipli məktəb miqyasından çıxarır deyən Kılıçdaroğlu:
“100 illik məktəbsiniz, sizdən əhəmiyyətli adlar çıxdımı dedim. Çox dedilər. Turqut Özal, Tarık Buğra, Əhməd Həmdi Tanpınar bəziləri. Konyalı qardaşlarıma səslənirəm, bizə kifayət qədər diqqət göstərmirsiniz. Sizin uşaqlarınıza kim sahib çıxır? Sizə kim sahib çıxır, problemlərinizə kim sahib çıxır? Siz sizə sahib çıxana sahib çıxdığınız gün xilas olacaqsınız. Neçə ölkədə 100 illik məktəb var. Siz bu məktəbi hansı əsaslarla xarakterli məktəb miqyasından çıxarırsınız? Konya qardaşlarım düşünsünlər, mən bilirəm. Sabah sandığa gedəndə haqlarına sahib çıxanlarımı müdafiə edəcəklər, yoxsa uşaqlarının təhsilini əngəlləyən iqtidarımı müdafiə edəcəklər?”, – deyə K.Kılıçdaroğlu əlavə edib.
Orxan Aslan, A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar