A24 Xeber

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” — Deputatdan həmkarlarına MÜRACİƏT

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” — Deputatdan həmkarlarına MÜRACİƏT
109
04 May 2018 - 15:15

“Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir”.

“A24.az” “Ölkə.Az”a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi”nə münasibət bildirərkən deyib.

Araz Əlizadə bu əlillərə verilən təqaüdün minimum istehlak səbətindən az olması ilə əsaslandırıb:

“Minimal tələbat zənbili 175 manat qəbul edilib. Bu o deməkdir ki, nə ondan aşağı pensiya, nə də əmək haqqı ola bilməz. Bu halda əlil 50 manat təqaüdlə necə dolana bilər? Burada deputat həmkarlarıma təklif edirəm kim 52 manatla dolana bilərsə, əlini qaldırsın? Heç kim. Ona görə də qanun qəbul edərkən onların problemlərinin həllini nəzərə almalıyıq”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00