A24 Xeber

Kim Çen In ABŞ-a güzəştə getdi

Kim Çen In ABŞ-a güzəştə getdi
31
01 May 2018 - 23:16

Şimali Koreya lideri Kim Çen In ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı KXDR-in nüvə obyektlərində yoxlama aparılmasına razı olduğunu ifadə edib.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu xəbəri çərşənbə axşamı məlumatlı mənbəyə istinadən JTBC telekanalı yayıb.

Telekanalın məlumatına görə, Kim Çen In Pompeoya KXDR-in nüvə obyektlərinə giriş üçün şərait yaradacağına söz verib ki, bu da Şimali Koreya tərəfinin Koreya yarımadasının nüvəsizləşdirilməsinə nəzarət prosesində fəal iştirak etmək niyyətindən xəbər verir.

“İstədiyiniz yerdə nüvə obyektlərini yoxlaya bilərsiniz”, – deyə telekanal Şimali Koreya liderinin sözlərini sitat gətirib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00