Kim Çen In malayziyalıları ölkəsinə getməyə qoymur

Kim Çen In malayziyalıları ölkəsinə getməyə qoymur
Want create site? Find Free WordPress Themes and plugins.

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib.

“A24.az”ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.

Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan da atıb.

İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra gərginləşib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar