A24 Xeber

Kino Gününə həsr olunmuş gecədə xalq artisti əlbəyaxa davaya çıxdı (VİDEO)

Kino Gününə həsr olunmuş gecədə xalq artisti əlbəyaxa davaya çıxdı (VİDEO)
99
03 Avqust 2018 - 11:33
Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.
A24.Az yenicag.az-a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayevarasında əlbəyaxa dava olub.
Məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar.
Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovayırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00