Kiprdə prezident seçkilərinin birinci turu başa çatdı

Kiprdə prezident seçkilərinin birinci turu başa çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

 Kiprin hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir.

Lakin bu nəticə ona birinci turda qalib gəlmək imkanı vermir.

A24.Az xəbər verir ki, bu barədə ekzitpolların nəticələrində deyilir.

Anastasiadis birinci turda səslərin 38-42 faizini toplayıb, onun yaxın izləyicisi, Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Üçüncü yerdə Demokrat Partiyasının lideri Nikolas Papadopulos (21,5-24,5 faiz səs) gedir.

Prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq.

Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar