Kişi həyat yoldaşının vəzifəsinə kölgə saldı: qəza törədib qaçdı - Azərbaycanda

Kişi həyat yoldaşının vəzifəsinə kölgə saldı: qəza törədib qaçdı – Azərbaycanda
Want create site? Find Free WordPress Themes and plugins.

Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus “VAZ 21011”-ə arxadan “Kia Sportages” markalı avtomobil çırpılıb.

“A24.az” virtualaz.org”a istinadən xəbər verir ki, qəza nəticəsində “011”ə xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomobil qəza yerindən uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin nəqliyyat vasitəsi Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. O avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar