Kişi kimi görünsələr də onlar Albaniyanın andlı BAKİRƏLƏRİDİR

Kişi kimi görünsələr də onlar Albaniyanın andlı BAKİRƏLƏRİDİR
Want create site? Find Free WordPress Themes and plugins.

XV əsrdə başlayan bu adətin kökləri Albaniya qadınlarının hələ bakirə olarkən etdikləri anda dayanır.

A24.Az xəbər verir ki, bu andla birlikdə qadınlar kişi geyimləri geyinməkdə, səs verməkdə, silah daşımaqda, saat taxmaqda, siqaret çəkməkdə, mal-mülk alıb satmaqda azad olurlar. Əlbəttə ki, adlarda dəyişirlər.

Fotoqraf Jill Peters bir əfsanə kimi görünən, ancaq bu gün hələ də varlığını davam etdirən”Burneshas”ların fotolarını çəkib.

Andlı bakirəliyi seçməyin bir neçə səbəbləri var. XV əsrdən yaşadılan bu adətin əsas səbəbi Albaniyanın patriarxal yaşayış tərzində olması olub.

Din fərqi gözlənmədən qadınların yarıminsani rəftar gördüyü bu coğrafiyada normal yaşamaq üçün cins dəyişdirmək lazım idi.

Evlənmək istəməyən, kişiləri bəyənməyən, daha azad həyat yaşamaq istəyən gənc qızlar əsasən andlı bakirəlik yolu ilə həyatlarını davam etdirirlər. Bəzən isə dul qalan analarını qorumaq üçün bu yola əl atırlar.

Bu bakirələr ağsaqqallar şurasının qarşısında and içdikdən sonra yeni kişi adları ilə cəmiyyətdə bir kişinin gördüyü bütün hörməti görürlər. Həqiqi mənada ailənin rəisi olur və mirasdan bir kişi qədər pul ala bilir.

Siqaret çəkə, mahnı oxuya, çayxanada apara bilərlər.

Andlı bakirələrin qarşılaşdıqları tək mənfi hal isə qan davalarında kişi kimi davranmalı olduqlarıdır. Qan davasında öldürülən bir andlı bakirə üçün bir kişi ilə eyni dəyərdə olan pul ödənilir.

Hazırda 40 ilə 200 qızın andlı bakirə olduğu idda edilir. Əksəriyyətinin yaşı 50-dən çoxdur.

Albaniyada hökm sürən kommunist siyasi sistemi qadınlara verilən haqları artırdıqdan sonra andlı bakirəlik “instituna” inam azalıb.

Amma ölkənin şimal bölgəsində hələ də onlara rast gəlmək mümkündür.

Andlı bakirəlikdən geri dönüş ancaq ölümdür, ancaq bu da uzun müddətdir ki, tətbiq edilmir.

Andından dönən qadınlar öldürülməsələr də hələ də öz doğulduqları yerə dönməyə qorxurlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar