Kişidən həyat yoldaşına qeyri-adi 8 mart hədiyyəsi - Xanımına böyrəyini bağışladı - VİDEO

Kişidən həyat yoldaşına qeyri-adi 8 mart hədiyyəsi – Xanımına böyrəyini bağışladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kişidən həyat yoldaşına qeyri-adi 8 mart hədiyyəsi. O, 21 illik xanımına bayram hədiyyəsi kimi öz böyrəyini bağışlayıb.

A24.Az xəbər verir ki, uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev onun dərdinə dərman olmaq qərarına gəlib.

Amin Quliyev eşitdiyi bir xəbərdən sonra qərarını daha da qətiləşdirib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.

Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub. Hətta eşidəndə çaş-baş qalıb.

Uğurlu əməliyyat 8 Mart qadınlar günü ərəfəsində gerçəkləşib və cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.

Xəzər Xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar