Kişilər niyə "GetContact"a etiraz edir? 

Kişilər niyə “GetContact”a etiraz edir?
Want create site? Find Free WordPress Themes and plugins.

Facebook istifadəçilərindən biri son zamanlar Azərbaycanda dəbə düşən “GetContact” ilə bağlı maraqlı fikirlərini bölüşüb. 

Taleh Turan adlı istifadəçi adınızı “GetContact” siyahısından çıxarmanız üçün bir neçə səbəb açıqlayıb.

“İstifadəçi AppStore və digər yerlərdən bu proqramı yükləyir və proqramı açandan sonra bir neçə bildiriş mesajına “OK” düyməsini sıxır. Sonra istədiyi nömrəni (məsələn, öz nömrəsini, sevgilisinin və ya sevgililərinin, ailə üzvlərinin, müəllimlərinin və s.) proqramın axtarış bölməsinə yazır və həmin nömrənin müxtəlif telefonlarda hansı ad altında yadda saxlandığını görür. Məsələn, axtarış yerinə xxx xxx xx xx nömrəsini yazan istifadəçi belə bir nəticələr görür: “Ruslan”, ” iş”, “Ruslan (Naxçivan)”, ” ****”, ” (Ruslan Odlar Uni)”, “Ruslan 150*** və s.

Bu proqramın bu qədər məlumatları necə yığdığını isə bir çox istifadəçilər bilmir və ya bu barədə maraqlanmırlar. Proqramı yüklədiyinzdə sizdən “OK” basmağınızı xahiş edən bir neçə mesajdan birində təxminən bu sözlər yazılıb: “Hörmətli istifadəçi, zəhmət olmasa telefonunuzun adlar kitabçasından istifadə etməyimizə icazə verin. İcazə verdiyiniz halda, bütün contactlarınız GetContact-ın serverinə yüklənəcək.” Yəni, Ruslanın nömrəsini telefonunuzda “Ruslan Səfərov” olaraq qeyd etmisinizsə, siz bu proqramda qeydiyyatdan keçənə qədər digər istifadəçilər həmin nömrənin “Ruslan Səfərov” adlı şəxsə aid olduğunu görməyəcəklər.

Qısacası, o proqramda qeydiyyatdan keçdiyiniz anda telefonunuzda olan bütün contactlar GetContact-ın kompyuterlərinə yüklənilir və həmin şirkət tərəfindən istədikləri məqsədlərlə istifadə edilə bilir.

Sirr deyil ki, bəzi nömrələr müxtəlif telefonlarda təhqiramiz və ya sadəcə xoşa gəlməyən adlar altında yadda saxlanılıb. Ya da, ola bilər ki, OYU-da oxuyursunuz, ancaq hansısa uzaq qohumunuzun bunu bilməsini istəmirsiniz. Amma, həmin uzaq qohum bu proqramı yükləyir və sizin adınızın bəzi telefonlarda Ruslan 150 bh”, “Ruslan Huquq”, ” Ruslan Odlar” və s olduğunu görür.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar