Kişilərdə heç vaxt dəyişdirə bilməyəcəyiniz 4 xüsusiyyət

Kişilərdə heç vaxt dəyişdirə bilməyəcəyiniz 4 xüsusiyyət
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi kişi xüsusiyyətləri var ki, münasibətin hansı dövründə olursanız olun hər zaman sabit qalır.

Ümumiyyətlə, qadın və kişi münasibətlərində tərəflərin bir-birilərini dəyişdirmək üçün göstərdikləri səy düzgün olmasa belə rast gəlinən haldır. Ən yaxşısı qarşımızdakı insanı olduğu kimi qəbul etməkdir. Lakin bəzi kişi xüsusiyyətləri var ki, münasibətin hansı dövründə olsanız da daim sabit qalır.

“A24.az” qadınların kişilərdə dəyişdirə bilmədiyi 4 xüsusiyyəti açıqlayır:

1 – Dedi-qodu…

 

 

Kişilər qadınları dedi-qodu etməkdə günahlandırır, ancaq özlərinin daha çox dedi-qodu etdiklərini əsla qəbul etməzlər. Qadınlar söhbətin başqasının qulağına gedib çatmasından qorxduqları üçün üstüörtülü danışar, kişilər isə mövzunu bütün detalları ilə danışır.

2 – Dostları…

Kişilər dostlarını dəyişdirməzlər. Əgər həqiqətən də sevgilinizin dostlarının yanlış insanlar olduğunu düşünürsünüzsə, sevmədiyiniz bir insan üçün onunla dalaşmaq, mübahisə etmək yerinə, bu reallığı qəbul etməyiniz daha yaxşıdır.

3 – Qidalanma vərdişləri…

Yemək yeməyə düşkün bir kişiylə birlikdəsinizsə və tanış olduğunuz vaxt yaşı 20-dirsə, onun 30 yaşında necə birisi olacağı sizi maraqlandırır? Bəyəndiyiniz adamı 10 kilo kökəlmiş vəziyyətdə təsəvvür edə bilərsiniz. Çünki “fast food”u sevən bir insanı bunları yeməkdən imtina etdirə bilmərsiniz.

4 – Hər zaman haqlı olduqlarını iddia etmələri…

Mövzu nə olur olsun sevgilinizlə fikir ayrılığı yarandığı zaman adətən haqlı olan tərəfin özü olduğunu iddia edir. Çünki qadınlar izah etmək üçün daha çox danışarlar və bir müddətdən sonra nəzarəti itirib haqlı olsalar belə haqsız vəziyyətə düşərlər.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar