Kitabına qadağa qoyulan Elşad Miri videomüraciət hazırladı: Konstitusiyanın maddəsi pozulub  - VİDEO

Kitabına qadağa qoyulan Elşad Miri videomüraciət hazırladı: Konstitusiyanın maddəsi pozulub  – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Miri  Dini Qurumlarla İş üzrə Dövlət Komitənin “İslamda Yoxdur!” kitabına qoyulan qadağa ilə bağlı fikirlərinin yer aldığı videoçarx hazırlayıb.

“A24.az” xəbər verir ki, videoda qadağa ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb.

Azərbaycanda 1998-ci il avqustun 6-dan Heydər Əliyevin qərarı ilə senzuranın tamamilə ləğv olunduğunu qeyd edən ilahiyyatçı “senzura ləğv olunsa da, 2001-ci ildə təsis dilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini kitablarla bağlı məsələ bu gün hələ də davam edir. Dini Komitədə ekspertiza şöbəsi var. Həmin şöbənin rəyi olmadan bu gün heç bir nəşriyyat dinlə əlaqəli kitabı nəşr etmir.

Amma maraqlıdır dini kitab nədir? Dini kitab olması üçün orda Allah sözü nə qədər keçməlidir? Və yaxud Qurandan neçə ayə sitat gətirilməlidir, Tövratdan nə qədər, İncildən nə qədər? bunu dəqiqləşdirmək mümkündürmü?”

İlahiyyatçı Azərbaycan Konstitutsiyasında yer alan maddəyə görə, hüququnun pozulduğunu deyərək həmin maddəni oxuyub. Dini mövzuda yazılan amma komitənin rəyi olmayan kitablardan sübut gətirib.

Dini komitənin kitabı haqqında yazılan rəyi oxuyan ilahiyyatçı orda yazılanların, xüsusən “populist” sözünün ittiham xarakteri daşıdığını, əksər ifadələrdə səhvə yol verildiyini bildirib. Rəydə yazılanları bir-bir şərh edən Elşad Miri həmin şəxsin məsələyə qərəzli yanaşdığını xüsusi vurğulayıb:

“ “Deyir ki, təfsir alimlərinin bu məsələlər barəsində görüşlərini bilmir”. İndi bunu deyən adam mənim təfsir alimlərinin görüşlərini bilib bilmədiyimi necə iddia edə bilər? bu barədə mənimlə söhbəti olubmu? Olmayıbsa, belə iddia etmək ən azından həmin şəxsin necə tərəfkeşlik etdiyinin ən bariz nümunəsidir”.

“Dindən dönən öldürülməlidir! Quranda varmı? Xeyr, yoxdur. Bəs hardan gəlir? Hədislərdən…Bunu hədislərdən çıxaran məzhəb alimlərin hamısı deyir ki, dindən çıxanın hökmü öldürməkdir. Bundan başqa deyilir ki, oruc tutmayan, içki içən cəzalandırılmalıdır. Yaxşı, bu cür fikirlərdə olan İŞİD-dən sizin fərqiniz nədir? İŞİD-də eyni fikirləri deyir”.

“A24.az” ilahiyyatçının hazırladığı videoçarxı təqdim edir:

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar