A24 Xeber

Klub prezidentini əvvəl vurdular, sonra ölümlə hədələdilər

Klub prezidentini əvvəl vurdular, sonra ölümlə hədələdilər
30
11 Mart 2018 - 13:24

İngiltərə Premyer Liqasının son turunun “Vest Hem” – “Börnli” oyununun (0:3) gedişində xoşagəlməz hadisə yaşanıb.

A24.Az xəbər verir ki,  qonaqların 3-cü qolundan sonra ev sahibi komandanın azarkeşləri klub rəhbərliyinin oturduğu sektora hücum çəkib. Əvvəlcə səhmdarları təhqir edib istefaya səsləyən fanatlar daha sonra onlara yad cisimlər atmağa başlayıblar. Bu zaman qəpik pullardan biri klubun səhmlərində pay sahibi olan Deyvid Sallivanın gözünə dəyib. Ancaq gözündəki eynək onu ağır xəsarət almaqdan xilas edib.

Bəzi azarkeşlər boğaz kəsmək hərəkəti ilə rəhbər şəxsləri təhdid ediblər. Klubun sahibləri 84-cü dəqiqədə mühafizəçilərin müşayiəti ilə stadionu tərk ediblər.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00