A24 Xeber

Klublarında ən çox mövsüm keçirmiş futbolçuların siyahısı açıqlandı

Klublarında ən çox mövsüm keçirmiş futbolçuların siyahısı açıqlandı
50
17 Aprel 2018 - 5:53

“Yuventus”un qapıçısı Canluici Buffon TOP-5 ölkələrin çempionatlarında hazırkı klubunda ən çox mövsüm keçirmiş oyunçudur.

Bu barədə CİES Futbol Araşdırmalar Mərkəzi açıqlama yayıb.

Cari mövsüm 40 yaşlı qapıçı üçün “Yuventus”da 17-cidir. İkinci pillədə 39 yaşlı müdafiəçi Sercio Pelissie qərarlaşıb. O, 16.5 mövsümdür ki, “Kyevo”nun formasını geyinir.

 Ən “vəfalı” futbolçuların ilk “5-liy”i aşağıdakı kimidir.

1. Canluici Buffon – “Yuventus” – 17 mövsüm

2. Sercio Pelissie – “Kyevo” – 16.5

3. Daniele De Rossi – “Roma” – 15.5

4. Roman Vaydenfeller – “Borussiya D.” – 15

5. Andres İnyesta – “Barselona” – 15

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00