A24 Xeber

Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum oldu

Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum oldu
34
28 İyul 2018 - 14:30

Ötən axşam həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub.

Sabiq dövlət başçısı Ədliyyə Nazirliyinin “Yerevan-Kentron” penitensiar müəssisəsində saxlanılır.

Ermənistanın ombudsmanı Arman Tatoyan iyulun 28-də R.Koçaryana baş çəkib. O, sabiq prezidentlə söhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Eks-prezident ciddi şikayətinin olmadığını söyləyib.

R.Koçaryan bir sıra məsələlər qaldırıb. Ombudsman isə həmin məsələləri penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Rəhbərlik isə sabiq dövlət başçısının qaldırdığı məsələləri həll edib.

Qeyd edək ki, iyulun 28-də paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.

Xatırladaq ki, R.Koçaryan 1999-2008-ci illərdə Ermənistan prezidenti olub. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00