Kök polislər işdən çıxarılacaq

Kök polislər işdən çıxarılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanın Karnataka bölgəsində kök olan polislər işdə çıxarılacaq.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, buna səbəb Hindistanda həyat tərziylə əlaqədar polislər arasında bəzi xəstəliklərin artmasıdır. Ona görə də Karnataka bölgəsindəki təhlükəsizlik xidmətində işləyən polislərə arıqlamaları məsləhət görülüb, əks halda işdən çıxarılacaqları barədə xəbərdarlıq edilib.

Adıçəkilən bölgənin təhlükəsizlik xidmətinin müdiri Bhaskar Rao kök işçilərinin artmasından narahat olduğunu, son 18 ay ərzində 100-dən çox polisin həyat tərziylə əlaqədar yaranmış xəstəliklərdən dolayı həyatını itirdiyi üçün  bu qərarı verdiyini bildirib. O həmçinin qeyd edib ki, polislər düyü və qızardılmış yemək yeyir, içki içir və siqaret çəkir, idmanla məşğul olmurlar.

Qərara görə həmin kök polislər axtarılacaq və onlara həyat tərzlərini, qidalanma vərdişlərini dəyişdirmələri üçün kömək ediləcək. Bu işlə məşğul olan qurum artıq yoqa, üzmə və müxtəlif idman növlərinin açılması üçün fəaliyyətə keçib.

Qərarın qüvvəyə mindiyi təhlükəsizlik xidmətində 14 min polis işləyir. Polislərə verilən arıqlama proqramı işə yaramasa onların işdən qovulması gündəmdədir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar