Komitə qərar verdi: Güləş qaydalarında DƏYİŞİKLİKLƏR VAR

Komitə qərar verdi: Güləş qaydalarında DƏYİŞİKLİKLƏR VAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib.

A24.Az “Report”a istinadən xəbər verir ki, yeniliklər aprelin 2-dən qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz təqdirində (“challenge”) müraciət olunacaq.

Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəqiqə 30 saniyə) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.

Neqativ güləş adlandırılan (“negative wrestling”) və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Güləşmədən qaçmağa (“fleeing the hold”) görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal qazandıracaq.

Xalçadan qaçma (“fleeing the mat”) da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal veriləcək.

Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək. Həmçinin müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.

Qəsdən kobud qayda pozuntusuna (“brutality”) yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar