Komitə sədri ekstrasensi falçı ilə eyni görmür

Komitə sədri ekstrasensi falçı ilə eyni görmür
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycanda falçılığa və falçılıq adı ilə bu və ya digər insanların aldadılmasına qarşı mübarizə vacibdir, zəruridir”.

“A24.az”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, falçılıq özü xurafatın bir elementidir:

“Bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq maddələr var, o cümlədən Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var ki, biz bu səlahiyyətlərdən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrimizdə, rayonlarımızda, şəhərlərimizdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq, onlara xəbərdarlıq edirik ki, onların fəaliyyəti qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz”.

Komitə sədri ekstrasenslik haqqında da danışıb:

“Ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılığı eyniləşdirmək lazım deyil. Falçılıq primitiv şəkildə insanları aldadıb bu və ya digər yollarla onların vəsaitini mənimsəmədir. Və burada bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılığı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar