A24 Xeber

Konqoda “Ebola” virusuna yoluxanlar artıb – artıq ölənlər var

Konqoda “Ebola” virusuna yoluxanlar artıb – artıq ölənlər var
22
18 May 2018 - 12:36

Konqo Demokratik Respublikasında “Ebola” virusuna 11 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb.

“A24.az” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, virusa yoluxan 11 nəfərdən ikisi ölüb.

Ümumilikdə, son məlumatlara əsasən, 45 virusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü təsdiq edilib. Hazırda ölkə Səhiyyə Nazirliyi 25 nəfərin öldüyü barədə məlumat alıb, lakin ölümlərin “Ebola” virusu ilə əlaqəsi hələki təsdiq edilməyib.

Son 11 təsdiqlənmiş yoluxma halı Mbandake şəhərində qeydə alınıb. Həkimlər xəstələrlə ünsiyyətdə olan 500-dən artıq insanı nəzarət altına alıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00