“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv edilir

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv edilir
Want create site? Find Free WordPress Themes and plugins.

“Koroğlu” metrostansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

“A24.az” bildirir kiŞ Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri həyata keçirilir.

“Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib”, – deyə məlumatda bildirilir.

Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və “Koroğlu” metrostansiyasından çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş olunur

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləğv ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar