Kral ailəsində uşaq sevinci – Keyt Middleton 3-cü övladını dünyaya gətirdi – FOTO - VİDEO

Kral ailəsində uşaq sevinci – Keyt Middleton 3-cü övladını dünyaya gətirdi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kembric şahzadəsi Keyt Middleton üçüncü övladını dünyaya gətirib.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, Middleton və Şahzadə Villiamın ikinci oğlan övladları olub.

Şahzadə Villiam mövzu ilə bağlı açıqlama verərkən “Artıq narahatlığımız 3 qat artdı” deyib.

Middletonun uşağı ictimaiyyətə göstərən zaman geyindiyi paltar isə Şahzadə Diananın Şahzadə Henrini dünyaya gətirəndən sonra geyindiyi dona bənzədilib. Yeni doğulan körpə qardaşı Şahzadə Georg və bacısı Şahzadə Şarlottadan sonra taxtın 5-ci varisi olub. Krallıq körpəni Kembricdəki saraya aparacaq.

Kensington sarayının “Twitter” hesabından verilən açıqlamaya görə, yerli saatla səhər 11:01-də dünyaya gələn körpə 3 kq 800 qram ağırlığında doğulub.

Şahzadə Villiamın doğum zamanı xanımının yanında olduğu, ana və körpənin sağlamlığının yaxşı olduğu qeyd edilib. Şahzadə Villiamın yeni doğulan oğluna qoyacağı adla bağlı “yaxında öyrənəcəksiniz” açıqlaması verilib.

Səhər saat 6 radələrində xəstəxanaya gedən Keyt Middleton doğumdan sonra qırmızı geyimi və qucağında yeni doğulan körpəsi ilə birlikdə xalqın qarşısına çıxıb. Londondakı St.Georges Xəstəxanasının özəl doğum xəstəxanası “Lindo Wing”də övladını dünyaya gətirən Keyt üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb.

İngilislər taxtın yeni doğulan varisini görmək üçün xəstəxananın qarşısında 8 saat gözləməli olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar