A24 Xeber

Kral ailəsinin əcaib qanunları – Kraliça yeyib qurtarandan sonra heç kim yeməyə davam edə bilməz

Kral ailəsinin əcaib qanunları – Kraliça yeyib qurtarandan sonra heç kim yeməyə davam edə bilməz
1. 321
13 Mart 2017 - 13:16

Ağıllı olmaq kənardan asan görünə bilər, lakin uzun illər saray həyatını davam etdirmək bəzi qaydaları da özü ilə birlikdə gətirir.

İngiltərədəki bu qaydalar isə heç kimin qanunlardan kənarda ola bilməyəcəyini göstərir. Ona görə də cəmiyyətin ən yüksək səviyyəli üzvləri belə həmin qanunlara riayət etmək məcburiyyətindədir.

“A24.Az” kral ailəsinin riayət etməli olduğu həmin qanunları təqdim edir:

1 – Ən azı 6 ədəd qarğa saxlamaq məcburiyyətindədirlər. Əfsanəyə görə, əgər London Qülləsində qarğa yoxdursa, krallığın nüfuzunun düşəcəyi bildirilir.

2 – Elit təbəqədən olmayanlara toxunmazlar. Bəzən bu qayda pozulsa da, kral ailəsi məşhurlar və ya adi insanlarla kamera qarşısına keçib şəkil çəkdirmirlər.

3 – Katolik ola bilməzlər. 2011-ci ildə kral ailəsinin katolik inancında olan biri ilə evlənməsi qadağası aradan qaldırılsa da, onlar yenə də İngiltərə kilsəsinə sadiq qalırlar.

4 – Geyimləri naməlum mesajlar verə bilməz. Geyimləri zərif və dəbə uyğun şəkildə olmalıdır. Bu şəxslər liderlik etmək məcburiyyətində olduqları üçün geyimlərinin üzərində hər hansı mesaj yazıla bilməz.

5 – Kraliça yeməyini yeyib qurtarandan sonra kral ailəsinin üzvləri daxil olmaqla heç kim yemək yeməyə davam edə bilməz.

6 – Kral ailəsi kürk geyinə bilməz. Bəzi məşhurlar və kraliçalar saxta kürklərdən geyimlər geyindikləri üçün bu qayda tətbiq olunub.

7 – “Monopoly” – stolüstü oyunlar oynamazlar. Belə ki, şahzadə Endryu pis məqsəd daşıdığı üçün stolüstü oyunları qadağan edib.

8 – Hansı hədiyyə olursa olsun, kral ailəsinin üzvləri hədiyyələri nəzakətlə qəbul edir. Alınacaq hədiyyələrə isə Kraliça qərar verir.

9 – Siyasi nüfuzlarından istifadə edə bilməzlər. Məqsəd ən kiçik siyasi fikirlərin böyüdülərək məneəyə çevrilməməsidir. Odur ki, Kral ailəsindən heç kim cəmiyyətə təsir edərək fərdi mövqeyini nümayiş etdirə bilməz.

10 – Kral ailəsinin üzvləri təşkil olunan yemək masasında öz sıralarında yer almalıdır. Həmin yemək masasında kraliçanın hər hərəkəti təqib edilməlidir, o nə edirsə, hamı da onu təkrarlamalıdır.

11 – Qabıqlı dəniz məhsulları yeməzlər. Əslində bu, qanundan əvvəl qabaqlayıcı tədbirdir. Yarana biləcək qida zəhərlənmələrindən və ya alergik reaksiyalardan qaçmaq üçün kral ailəsinin üzvləri dəniz məhsullarını seçməzlər.

12 – Birlikdə səyahət etməzlər. Daha əvvəllər baş verə biləcək risklər üçün qabaqlayıcı tədbirlər alınırdı, lakin indi səyahətlər daha təhlükəsiz və rahat olduğu üçün kral ailəsi birlikdə səyahət edə bilir.

13 – Səs verə bilməzlər. Bunun səbəbi isə xalqın düşüncələrinə təsir etməməkdir. Lakin bunun yerinə qalmaqalları təqib edir və iqtidar partiyası ilə birlikdə əməkdaşlıq etməyə və siyasi mövzuları problemsiz bir şəkildə icra etməyə çalışırlar.

14 –  Ənənəvi olaraq Kral ailəsi Yeni il bayramını birlikdə keçirir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00