A24 Xeber

Krallığın yeni gəlininə sarımsaq qadağası

Krallığın yeni gəlininə sarımsaq qadağası
38
01 Sentyabr 2018 - 11:00

İngiltərə krallığının yeni üzvü Meqan Marklın mətbəx hobbisi var.

Yemək bişirməyi və yeməyi xoşlayan Markla krallıq tərəfindən qida qadağası qoyulub.

Şahzadə Harri ilə evlənən Meqan kral ailəsinin qaydalarına əməl etməyə çalışır. Bu qaydalardan biri də qidalanma ilə bağlıdır.

“The Daily Express”in xəbərinə, əsasən, kral sarayının mətbəxində hazırlanan yeməklərə soğan və sarımsaq əlavə edilmir. Kraliça sarımsağı qadağan edib. Meqanın isə ən çox xoşladığı yemək Filippin souslu toyuq yeməyidir. Bu yeməyə bol miqdarda sarımsaq əlavə edilir.

Meqana isə tədbir, dəvət və ya protokol olmadığı günlərdə sarımsaq yeməyə icazə verilib.(ölkə.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00