Kredit müqaviləsinin şərtləri - VİDEO

Kredit müqaviləsinin şərtləri – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İnsanlar kredit alarkən müqaviləni yaxşı oxumurlar. Şərtlərin ağır olduğunu götürdükləri kreditin aylıq ödənişini edə bilmədikdə anlayırlar.

“A24.az” Xəzər Xəbər-ə istinadən bildirir ki, onlar vaxtilə özləri bu şərtlərə imza atıblar. Kreditin ən vacib nüansı müqavilə hesab olunur. Sonradan çıxa biləcək problemləri məhkəmə qarşısında mübahisələndirmək üçün müqavilə şərtləri həlledici rol oyanır. Bank bu işdə maraqlı olmadığından vətəndaşa müqavilənin şərtləri ilə tanış olmaq üçün vaxt ayırmır.

Dünya praktikasında isə şəxs, müqavilə ilə yaxından tanış olmamış kredit götürə bilmir. Bu proses qanunla tənzimləndiyindən bank, məcburi qaydada vətəndaşı maarifləndirməyə cəhd edir.

Beynəlxalq təcrübəyə görə, müştəri müqavilədəki qaranlıq məqamları aydınlaşdırmaq üçün bankdan əlavə vaxt da tələb edə bilər. Onun elektron poçt ünvanı olmadıqda isə müqavilənin müştəriyə çatdırılması bankın qanunla vəzifəsi hesab olunur.

İqtisadçı ekspert Vüqar Bayramlı bu praktikanın ölkəmizdə tətbiqini vacib hesab edir. Bunun gələcəkdə problemli kreditlərin sayının azalmasına təkan verəcəyini deyir. Çünki kredit götürmək üçün banka müraciət edən şəxsin, müqavilə ilə bir gün öncədən tanış olması onun aldadılması ehtimalını da minimuma endirir.

https://youtu.be/muSG9w48ufA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar