Kremldən İrəvana təcili teleqram: Putin iki gün sonra...

Kremldən İrəvana təcili teleqram: Putin iki gün sonra…
Want create site? Find Free WordPress Themes and plugins.

Mayın 14-də Soçidə Avrasiya İqtisadi İttifaqının yüksək səviyyəli samiti keçiriləcək.

A24.Az xəbər verir ki, sammitdə Ermənistanı yeni baş nazir Nikol Paşinyanın təmsil edəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyanın da Soçidə ilk görüşünün olacağı istisna edilmir.

Ermənistandakı “məxməri inqilab”dan sonra bu görüş olduqca maraqlıdır.

İnqilabın nəticəsi olaraq, mayın 8-də Paşinyan baş nazir seçildi və ən diqqətçəkən məqam onu ilk olaraq Putinin təbrik etməsi idi.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, Putinin tələsik təbriki Moskvanın İrəvanda baş verənlərdə narahatlığını göstərir.

“İlk təbrik teleqramı Kremldən təcili olaraq gəldi. Əslində bu, Rusiyanın Ermənistan siyasətinin uğursuzluğudur və ruslar bunu gizlətməyə çalışırlar. Onlar həm də səhvlərini ört-basdır edir və vəziyyətə nəzarəti itirmək istəmirlər”, – deyə o yazıb.

Digər şərhçi Akop Badalyan isə qeyd edir ki, Rusiya-Ermənistan münasibətlərinin gələcəyi Paşinyanla Putinin Soçi görüşündən sonra bəlli olacaq.

Politoloq həmçinin, Putinin Paşinyanın hakimiyyətdə qalmasına münasibətinin iki gün sonrakı görüşdən sonra məlum olacağını hesab edirlər./Publika

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar