"Kristal Abşeron"dan böyük yalan - Şirkət Beynəlxalq Bank adından yanlış informasiya yayıb

“Kristal Abşeron”dan böyük yalan – Şirkət Beynəlxalq Bank adından yanlış informasiya yayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın mənzil bazarında kifayət qədər aktiv olan “Kristal Abşeron” Mənzil-Tikinti Kooperativinin (MTK) Azərbaycan Beynəlxalq Bankı (ABB) adından yalan məlumat yaydığı üzə çıxıb. Bu, A24.Az “Report”a istinadla xəbər verir ki, tikinti şirkəti martın 17-də “Facebook” sosial şəbəkəsindəki səhifəsində 20 illik ipotekanın bərpa olunması barədə məlumat yayıb. Bununla da, ictimaiyyətdə bundan əvvəl əməkdaşlıq etdiyi ABB-nin yenidən 20 il müddətinə, illik 10%-lə və manatla kredit verməsi barədə fikir formalaşdırıb.
Araşdırma nəticəsində isə məlum olub ki, söhbət vətəndaşlarla 20 illik yeni müqavilənin bağlanmasından getmir. MTK müştərilərə vaxtilə ABB-nin maliyyə dəstəyi ilə kreditə verilmiş, hazırda da ipotekada olan, yəni kreditinin bir hissəsi ödənilmiş və geri qaytarılmış mənzilləri təklif edir.
Çünki, 20 illik ipoteka adı ilə təklif olunan evlərin heç birində müqavilənin müddəti 240 ay göstərilmir. Məsələn, şirkətin Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində satışa çıxardığı 68 kv. metrlik 3 otaqlı mənzilə görə 236 ay ödəniş etmək lazımdır. Yəni, mənzilin sahibi kreditə görə 4 ay ödəniş edib, sonra isə mənzildən imtina edib.
ABB-dən isə bir daha bildirilib ki, hazırda yalnız “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditləşməsi həyata keçirilib. Bankın öz vəsaiti hesabına, yəni daxili ipoteka proqramı çərçivəsində isə kredit verilmir.
“ABB yalnız mənzil krediti layihələri çərçivəsində tikinti şirkətlərindən mənzil almış müştərilərə onu satmaq imkanı yaradıb. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və banka müraciət edilməlidir”, – deyə kredit təşkilatından bildirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar