A24 Xeber

Kubada Castro dövrü bitir: 60 illik hakimiyyət sona çatır

Kubada Castro dövrü bitir: 60 illik hakimiyyət sona çatır
45
18 Aprel 2018 - 15:18

Kuba lideri Raul Kastro 2008-ci ildən bu vaxta qədər davam etdirdiyi dövlət başçısı vəzifəsini tərk edir.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kastro ailəsi təxminən 60 il ərzində Kubanı idarə edib.

ABŞ Xarici İşlər Nazirliyi isə Kubada sabah keçirilməsi gözlənilən seçkilərin demokratik olmadığını irəli sürüb.

Kubada yarım əsrə yaxın bir müddətdən sonra ilk dəfə dövlət rəhbərliyində Kastro adı olmayacaq. Kuba İnqilabının lideri Fidel Kastrodan rəhbərliyi təhvil alan qardaşı Raul Castro vəzifəsini dövlət başçısı müavini Migel Diaz-Canele təhvil verəcək.

Orxan Aslan, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00