A24 Xeber

Kubada MATƏM elan edildi: Təyyarə qəzasında ölənlərin sayı 107-ə çatıb YENİLƏNDİ

Kubada MATƏM elan edildi: Təyyarə qəzasında ölənlərin sayı 107-ə çatıb YENİLƏNDİ
53
19 May 2018 - 11:36

Kubanın paytaxtı Havanada təyyarə qəzası baş verib.

“A24.Az” NTV-yə istinadən xəbər verir ki, “Boeing 737” tipli sərnişin təyyarəsi hava limanından qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Təyyarədə 100-dən çox sərnişinin olduğu bildirilir. Ölənlərin sayı dəqiqləşdirilir.

Hadisənin dəqiq səbəbi bilinmir.

***

09:23

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737”” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

A24.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Granma” qəzeti” məlumat verib.

“Təyyarə qəzası ilə əlaqədar Kuba Respublikasının Dövlət Şurası mayın 19-u saat 06.00-dan mayın 21-i,  saat 00.00-dək ölkədə matəm elan edib”, məlumatda deyilir.

“Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Qəza nəticəsində 103 sərnişin və 5 ekipaj üzvü ölüb.
***

Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri xəstəxanada keçinib. Beləliklə, qəzada ölənlərin sayı 108 nəfərə çatıb.

Bu barədə Cuba TV xəbər verib.

Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.

Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” aviaşirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.

***

03:34

Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb

Bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.

Ölən sərnişinlərin hamısının Kuba, ekipaj üzvlərinin isə Meksika vətəndaşları olduğu məlum olub. Qəza nəticəsində sağ qalan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Cubana de Aviacion”un Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.

***

00:44

Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub.

Bu barədə Kubanın  “Granma” qəzeti xəbər verib.

Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.

Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, ötən axşam “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.

***

22:53

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

Təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb və yanıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

***

21:38

Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.

Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00