A24 Xeber

Anasını bıçaqlayaraq öldürən kişi soyunaraq çılpaq şəkildə əlində bıçaqla küçəyə çıxıb.

“A24.az” DHA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Türkiyənin “Eyüpsultan Bülbüldərə” küçəsində yaşanıb.

Anası Türkan Uygunu bıçaqlayaraq öldürən Mehmet Bahadır Uygun övladıyla həyat yoldaşını taksiyə mindirərək hadisə yerindən uzaqlaşdırıb. Daha sonra Mehmet Bahadır Uygun soyunaraq çılpaq şəkildə küçəyə çıxıb. Əlində bıçaq olan Uygun ətrafdakıları da hədələyərək küçənin ortasında dəlisov gəzməyə başlayıb. 2 polis Uygunun qarşısını almaq istəyib, ancaq çılpaq kişi hər iki polisə hücum edib. Hətta polislərdən biri bıçaq zərbəsindən yaralanıb, digər polis isə silaha əl atıb. Həmin an hadisə yerinə çoxlu sayda polis göndərilib. Əlində bıçaqla ətrafdakılara hücum edən çılpaq kişi ayağından vurularaq zərərsizləşdirilib. Bundan sonra ətrafdakılar əli bıçaqlı şəxsə hücum çəkərək onu vurmağa başlayıblar. Araya girən polis yaralanmış şəxs üçün təcili yardım çağırıb. Xəstəxanaya aparılan Uygunun müalicəsi davam etdirilir. Polis hadisəylə bağlı araşdırma başladıb.

Hadisə zamanı bıçaq zərbəsindən yaralanan polisin vəziyyətinin yaxşı olduğu bildirilib.

Türkan Uygun

Mehmet Bahadır Uygun

“A24.az” Türkiyə mediasında yayımlanan hadisənin görüntülərini təqdim edir:

A24.az

Anasını bıçaqlayaraq öldürən kişi soyunaraq çılpaq şəkildə əlində bıçaqla küçəyə çıxıb. “A24.az” DHA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Türkiyənin “Eyüpsultan Bülbüldərə” küçəsində yaşanıb. Anası Türkan Uygunu bıçaqlayaraq öldürən Mehmet Bahadır Uygun övladıyla həyat yoldaşını taksiyə mindirərək hadisə yerindən uzaqlaşdırıb. Daha sonra Mehmet Bahadır Uygun soyunaraq çılpaq şəkildə küçəyə çıxıb. Əlində bıçaq olan Uygun […]

Küçənin ortasında DƏHŞƏT: anasını öldürdü, əlində bıçaqla ÇILPAQ küçəyə çıxdı – VİDEO

323