A24 Xeber

Kürdəmir sakini balıq tutarkən faciəvi şəkildə ölüb

Kürdəmir sakini balıq tutarkən faciəvi şəkildə ölüb
41
05 İyun 2018 - 3:44

Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub. 

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00