Kürdəmirdə 5 yaşlı uşağı öldürən ögey ata əvvəllər məhkum olunub - VİDEO

Kürdəmirdə 5 yaşlı uşağı öldürən ögey ata əvvəllər məhkum olunub – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə uşağın ögey atası tərəfindən öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

“A24.az” DİN-in Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə A.Abdullayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar