A24 Xeber

Kürdəmirdə ağır qəza: 5 nəfər yaralandı

Kürdəmirdə ağır qəza: 5 nəfər yaralandı
39
10 İyun 2018 - 10:44

Kürdəmirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

A24.Az-ın “APA”ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 7 radələrində Bakı-Qazax yolunun 177 km-də, Kürdəmir rayonun  Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Qaradağ rayon sakini, 1983-ci  təvəllüdlü Əliyev Faiq Tofiq oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili Qazax istiqamətində hərəkət edərkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü F. Əliyev, sərnişinlər – 61 yaşlı Qaradağ rayon sakini  Əliyev Tofiq Mənsim oğlu, 65 yaşlı Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu, 59 yaşlı Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı və 57 yaşlı Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğlu müxtəlif  xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00