Kürdəmirdə avtomobil aşdı - Xəsarət alanlar var

Kürdəmirdə avtomobil aşdı – Xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 203-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində Kürdəmir rayonunun Karrar kənd sakini, 1991-cı il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü E. Əliyev və sərnişini 1994-cü il təvəllüdlü Ceyhun Akif oğlu Bayramlı müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar