A24 Xeber

Laboratoriya şəraitində süni ət istehsal olundu: 2021-ci ildən…

Laboratoriya şəraitində süni ət istehsal olundu: 2021-ci ildən…
44
20 İyul 2018 - 12:02

Laboratoriya şəraitində süni ət istehsal olunub.

A24.Az xəbər verir ki, dünyanın kök hüceyrə yolu ilə əldə edilmiş inək ətindən hazırlanmış ilk hamburgerini 5 il əvvəl istehsal edən Hollandiyanın “Mosa Meat” şirkəti indi də restoranlara laboratoriya şəraitində istehsal olunan ət satmağı planlaşdırır. Şirkət bu məqsədlə 7,5 milyon avro (8,8 milyon dollar) kredit alıb. Məhsulun 2021-ci ilə qədər bazara çıxarılması planlaşdırılır.

Süni ətin istehsalı üçün canlı heyvandan alınan hüceyrə nümunələrindən istifadə edən “Mosa Meat” rəsmiləri 2-3 il sonra sənaye miqyaslı istehsala keçərək bir hamburger kotletini 1 dollara satacaqlarını bildiriblər.

Şirkət daha əvvəl “Google”un yaradıcılarından olan Sergey Brinden də 1 milyon avro almışdı.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00