Lavrov: ABŞ-ın nüvə müqaviləsi qərarının təsiri gələcəkdə daha böyük olacaq

Lavrov: ABŞ-ın nüvə müqaviləsi qərarının təsiri gələcəkdə daha böyük olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının beş daimi üzvü və (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin) Almaniya ilə (P5+1 ölkələri) İran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsindən birtərəfli olaraq çəkildiyini açıqlayan ABŞ-ın, müqaviləyə tərəf ölkələrə böyük təsir etdiyini söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Moskvada Filipinli həmkarı Alan Piter Cayetano ilə birgə mətbuat konfransı keçirən Lavrov, ABŞ prezidenti Donald Trampın çıxma qərarı aldığı nüvə sazişi ilə bağlı bəyanatlar verib.

“ABŞ, müqavilədə qalmağa davam edən tərəflərə ciddi təzyiq edəcəyini və hazırda etdiyini görürük. Çünki ABŞ, müəyyən məhsulların ixracı və İran nefti qəbulu da daxil olmaq üzrə İran ilə ticarətin dayandırılması barədə ultimatum verdi. 60-90 günlük müddətlərdən bəhs edirlər. Bu, böyük təzyiq tətbiq olunmasına yönəlik bir plandır”, – deyə Lavrov əlavə edib. ABŞ-ın İrana birtərəfli sanksiyalarına qarşı birgə təzminat tədbirləri alınması da daxil olmaqla İranın nüvə proqramını müqavilənin digər tərəfləri müzakirə etməkdən yana olduqlarını qeyd edən Lavrov, mövcud vəziyyətin Atlantik sonrası əlaqələri təsir edəcəyini və bunun da İran və müqavilənin irəli gedən nəticələri olacağını vurğulayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar