Lavrov ABŞ-ın Qüdsdə səfirlik açmasından danışdı

Lavrov ABŞ-ın Qüdsdə səfirlik açmasından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Qüdsdə səfirlik açmasına münasibət bildirən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qüdslə bağlı beynəlxalq qərarların tək tərəfli olaraq nəzərdən keçirilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı nəticəsində Təl-Əvivdən köüçürlən səfirlik bu gün Qüdsdə açılıb.

Lavrov Misirlə xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə keçirilən 2+2 formatındakı görüşdən sonra ABŞ-ın addımı haqqında açıqlamalar verib.

“Rusiya, ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarına mənfi yanaşır. Bu qərarla bağlı mənfi fikrimizi daha əvvəl bir neçə dəfə demişik. Rusiya prezidenti Vladimir Putin də bu istiqamətdəki düşüncələrini açıqlayıb”, – deyə Lavrov bildirib.

Beynəlxalq cəmiyyətin aldığı qərarlara əsaslanan müqavilələri birtərəfli olaraq nəzərdən keçirməyin mümkünsüz

olduğuna inandıqlarını qeyd edən Lavrov, bu ifadələri işlədib: “Bu qərarlar, Qüdsün statusunun ən mühüm məsələlərdən biri olduğu Fələstin-İsrail münaqişəsinin yekun həllinə yönəlmiş bütün məsələlərin yalnız İsrail və Fələstin administrasiyaları arasında birbaşa dialoq yolu qərara olunmasını nəzərdə tutur”.

Rusiyanın Qüdsün statusu da daxil həll üçün izlənəcək üsullarla bağlı bütün müqavilələrin həyata keçirilməsinə tərəfdar olduğunu bir daha vurğulayan Lavrov, İsrail rəhbərliyi ilə keçirilən bütün görüşlərdə bu mövqeyi bir neçə dəfə dilə gətirdiklərini vurğulayıb.

Lavrov, Rusiyanın Fələstin və İsrail arasında birbaşa dialoq qurulması üçün kömək etmək təklifində olduğunu və buna ev sahibliyi etməyi bir neçə dəfə təklif etdiyini xatırladaraq, bu təkliflərin etibarlılığını qoruyub saxladığını vurğulayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar