Lavrov: ABŞ və müttəfiqləri hələ də Əsədin getməsini istəyir

Lavrov: ABŞ və müttəfiqləri hələ də Əsədin getməsini istəyir
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Vaşinqton və Qərb müttəfiqlərinin Suriyada məsələsinin həllin birinci şərti olaraq Suriya prezidenti Bəşər Əsədin vəzifədən ayrılması tələbindən imtina etmədiklərini deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Çinli həmkarı Wang Yi ilə Moskvadakı görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edən Lavrov, “ABŞ və Qərb müttəfiqlərinin mövqelərində ön şərtlər olduğunu görürük. Bu ölkələr, əvvəldən olduğu kimi Əsədin getməsi lazım olduğunu düşünürlər”, – deyə rusiyalı nazir əlavə edib. Rusya və ABŞ, BMT Təhlükəsizlik Şurasının qərarında nəzərdə tutulduğu kimi ön şərtsiz bir siyasi prosesə başlamaq üçün bir çox şey edə bilərdi deyən Lavrov, “Bundan imtina etmiş deyilik. Münasibələrimizdə məsələyə aydınlıq gətirməyə çalışırıq. Bu məsələdə dialoqdan başqa bir resept yoxdur”.

ABŞ SURİYADA YARI DÖVLƏT QURMAQ PLANI HAZIRLAYIR

Digər tərəfdən Lavrov, ABŞ-ın humanitar yardımların yalnız Əsəd əleyhdarlarına çatmasına dəstək verərək Suriya torpaqlarında yarı dövlət qurmaq planı qurduğunu söyləyib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar