Lavrovla Məmmədyarov telefonda danışıb: Mövzu Qarabağ olub

Lavrovla Məmmədyarov telefonda danışıb: Mövzu Qarabağ olub
Want create site? Find Free WordPress Themes and plugins.

Qarşı tərəfin təklifi əsasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

“A24.az” bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məlumata görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları müzakirə ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar