A24 Xeber

Lənkaranskinin tərəfdarına HÖKM OXUNDU

Lənkaranskinin tərəfdarına HÖKM OXUNDU
38
22 May 2018 - 11:51

Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Əsgərovun CM-nin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmə və saxlama) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

A24.Az-ın məlumatına görə, Bəhruz Əsgərov Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmə prosesində B.Əsgərov ittiham üzrə özünü təqsirli bilməyib və aşkar edilən narkotik maddənin ona məxsus olmadığını qeyd deyib. Dövlət ittihamçısı isə çıxışında bildirib ki, məhkəmə istintaqında onun təqsiri sübuta yetirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, Bəhruz Əsgərovun Rövşən Lənkəranski ləqəbilə tanınan məşhur kriminal avtoritet Rövşən Canıyevin tərəfdarı olduğu bildirilib./Oxu.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00