Lənkəranda 31 yaşlı kişi özünü asdı

Lənkəranda 31 yaşlı kişi özünü asdı
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəran şəhərində 31 yaşlı kişi özünü asaraq intihar edib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Vaqif Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Şahin Nurəddin oğlu İbrahimov həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Onun hansı səbəbdən intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, intihar edən şəxs ailəli olub, bir müddət əvvəl uşağı dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar