Lənkəranda 8 yaşlı uşağın faciəsi hər kəsi yasla boğdu: Yanmış meyit transformatorun içində imiş - TƏFƏRRÜATLARI

Lənkəranda 8 yaşlı uşağın faciəsi hər kəsi yasla boğdu: Yanmış meyit transformatorun içində imiş – TƏFƏRRÜATLARI
Want create site? Find Free WordPress Themes and plugins.

“Transformator bərbad vəziyyətdədir, hasara alınmalıdır, qıfıllanmalıdır”

Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib.

A24.az xəbər verir ki, 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur.

Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xalid Ağayev – qonşu: “Atası gəzirdi, onun üçün biz də qoşulduq ona. Saat yarımdan sonra məlumat verdilər ki, uşaq transformatorun içindədir. Sonra getdik gördük ki, transformatorun qapısı açıqdır. Tok vurub yandırmışdı onu. Transformator bərbad vəziyyətdədir. Hasara alınmalıdır, qıfıllanmalıdır. Yoxdur. Kimlər məsuliyyət daşıyırsa, ona bir çarə eləməlidir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar