Lənkəranda avtomobil dayanacağa çırpıldı: Xəsarət alan var

Lənkəranda avtomobil dayanacağa çırpıldı: Xəsarət alan var
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəranda yol qəzası olub.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Zamin İlham oğlu Xudiyev “VAZ 2106” markalı avtomobil hərəkət olan zaman qarşısına inək çıxıb. Z. Xudiyev inəyi vurmamağa çalışsa da nəticədə idarəetməni itirib və avtomobil yoldan çıxaraq yolun kənarında dayanacağa çırpılıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar